AZ

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.

“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən  verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Seçilən
21
2
ikisahil.az

10Mənbələr