AZ

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq...

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Poliqon.info

 

Seçilən
22
5
poliqon.info

10Mənbələr