AZ

Adam Kadırovun kolleksiyası ARTIR – Yeni medal ALDI – VİDEO

Adam Kadırova növbəti mükafat verilib. Bu dəfə o, birinci prezidentin xatirə medalını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat yayıb.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov növbəti dövlət mükafatına layiq görülüb. Ona Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirə medalı təqdim edilib.

Dudayev bildirib ki, sözügedən mükafat Adam Kadırova “Vətənin təhlükəsizliyinin, sabitliyinin və rifahının təmin olunmasına verdiyi mühüm töhfəyə görə” verilib.

Qeyd edək ki, Adam Kadırov son zamanlar müxtəlif dövlət qurumları və regionlar tərəfindən çoxsaylı orden və medallarla təltif olunması ilə gündəmə gəlir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
10
interpress.az

10Mənbələr