Çeçenistan lideri Ramzan Kadırov 24-25 dekabr gecəsi təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında Kadırovun səhhəti kəskin şəkildə pisləşib. O, təcili yardım maşını ilə Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına aparılıb.
Çətinliklə özünə gələn Kadırov daha sonra evə buraxılıb. Onun səhhətindəki problemin nə olduğu barədə isə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, daha öncə də bir neçə dəfə Kadırovun səhhətinin pisləşməsi barədə xəbərlər yayılıb.