AZ

Azərbaycanda ailə başçısı qızına və ögey bacısına təcavüz edib

Azərbaycan rayonlarının birində 15 yaşlı doğma qızı və 13 yaşlı ögey bacısına təcavüz edən 50 yaşlı Fərhad Rizvanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, dəhşətli hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, iki yeniyetməyə qarşı əxlaqsızlıq edən ailə başçısı 18 il müddətinə azadlıqdan məhrum edilib.

Tükürpərdən hadisə zamanı Fərhad Rizvanov hər iki yeniyetməni ölümlə hədələyərək öz çirkin əməlinə məcbur edib.

Fərhad Rizvanov hətta bir yeniyetməyə təcavüz edərkən digərindən onları izləməsini, əks halda bıçaqla öldürəcəyini bildirib.

Seçilən
28
14
publika.az

10Mənbələr