AZ

Azərbaycanda ailə başçısı qızına və ögey bacısına təcavüz edib

BAKI, 30 dekabr. TELEQRAF

Azərbaycan rayonlarının birində 15 yaşlı doğma qızı və 13 yaşlı ögey bacısına təcavüz edən 50 yaşlı Fərhad Rizvanovun (ad-soyad şərtidir) əhkəmə prosesi başa çatıb.

Teleqraf-ın məlumatına görə, dəhşətli hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, iki yeniyetməyə qarşı əxlaqsızlıq edən ailə başçısı 18 il müddətinə azadlıqdan məhrum edilib.

Tükürpərdən hadisə zamanı Fərhad Rizvanov hər iki yeniyetməni ölümlə hədələyərək öz çirkin əməlinə məcbur edib.

Fərhad Rizvanov hətta bir yeniyetməyə təcavüz edərkən digərindən onu izləməsini, əks halda bıçaqla öldürəcəyini bildirib.

Doğma qızı Rizvana atası olduğunu xatırladıb əxlaqsız hərəkətlərinə son qoymasını tələb edərək müqavimət göstərməyə çalışsa da, valideyni ona zor tətbiq etməklə müqavimətini qırıb.

O da məlum olub ki, Fərhad yeniyetmələrdən evdə olan zaman makiyaj edib bəzənmələrini tələb edib.

Cinayət hadisəsinin üstü isə Rizvanın ögey bacısının polisə 2025-ci ilin yanvarında ərizə yazmasından sonra açılıb.

Seçilən
22
9
teleqraf.com

10Mənbələr