AZ

Məşhur boksçu ölümlə ÜZ-ÜZƏ: Dəhşətli qəzada iki nəfər ÖLDÜ – VİDEO

Məşhur boksçu Entoni Coşua ölümlə üz-üzə qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Avtomobil yük maşınına çırpılıb, arxa oturacaqda olan boksçu yüngül xəsarət alıb.

Məlumata görə, tanınmış boksçu Entoni Coşua Nigeriyada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi keçirib. Onun olduğu yolsuzluq avtomobili (SUV) sürət magistralında dayanmış yük maşınına çırpılıb.

Faciəvi qəza nəticəsində avtomobildəki iki sərnişin hadisə yerindəcə dünyasını dəyişib.

Bildirilir ki, Coşuanın bəxti gətirib – o, arxa oturacaqda əyləşdiyi üçün qəzadan yalnız yüngül xəsarətlərlə xilas ola bilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
3
12
interpress.az

10Mənbələr