AZ

Qəribə OĞURLUQ: Marketə girən kişi yeyib-içmək ziyafəti QURDU – VİDEO

Moskva ətrafında marketə girən kişi araq və naringi ilə ziyafət qurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Paketləri dolduran residivist qaçmağa macal tapmayıb, mağazada yaxalanıb.

Məlumata görə, Rusiyanın Naro-Fominsk şəhərindən olan 39 yaşlı residivist (əvvəllər məhkum olunmuş şəxs) Orexovo-Zuyevo şəhərində bağlı supermarketin qapılarını sındıraraq içəri daxil olub.

O, elə yerindəcə özünə “ziyafət” təşkil edib: naringi, araq və çips ilə yeyib-içməyə başlayıb.

Eyni zamanda paketlərə spirtli içki və ərzaq doldursa da, onun “bayramı”nı “Rosqvardiya” əməkdaşları yarımçıq kəsiblər.

Oğru yığdıqlarını mağazadan çıxara bilməyib, elə hadisə yerindəcə saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
13
interpress.az

10Mənbələr