AZ

Filipe Luislə müqavilə uzadıldı

style='margin-bottom:10px;'>

“Flamenqo” baş məşqçisi Filipe Luislə müqavilənin müddətini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb.

Qeyd edək ki, braziliyalı mütəxəssis  2024-cü ildən “Flamenqo”nu çalışdırır. A seriyası təmsilçisi Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.

Seçilən
18
7
teleqraf.com

10Mənbələr