“Nitsa” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, Fransa klubu Klod Püellə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
O, 2012-2016-cı illərdə bu komandaya rəhbərlik edib.
Buna qədər “Nitsa”nı Frank Ez çalışdırırdı. “Nitsa” hazırda Liqa-1-də 13-cü yeri tutur. Avropa Liqasında isə komanda sonuncu pillədədir.
Püel “Monako” ilə Fransa çempionu olub, “Lill”də isə İntertoto kubokunu qazanıb.