AZ

“Liverpul”un müdafiəçisi “Milan”ın maraq dairəsinə düşüb

“Liverpul”un müdafiəçisi Co Qomes “Milan”ın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Mail Sport"a istinadən məlumatına görə, “rossoneri” 28 yaşlı futbolçunun transferində hələ də maraqlıdır.

Bununla belə, “Liverpul” rəhbərliyi Qomesi yalnız onun yerinə uyğun əvəzləyici tapıldıqdan sonra buraxmağa hazırdır.

Qeyd edək ki, Co Qomes 2015-ci ildə “Çarlton” klubundan “Liverpul”a 5 milyon avro qarşılığında transfer olunub. Müdafiəçinin “qırmızılar”la mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Cari mövsümdə Qomes bütün turnirlərdə “Liverpul”un heyətində 12 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
25
33
90deqiqe.az

10Mənbələr