İspaniyanın “Barselona” klubu hücum xəttini gücləndirmək üçün növbəti yay transfer pəncərəsi ilə bağlı hazırlıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviçlə ilkin danışıqlar apardığı bildirilir.

Məlumata görə, “Barselona” maliyyə imkanlarını nəzərə alaraq Vlahoviçi azad agent kimi heyətinə qatmaq variantını dəyərləndirir. Bu səbəbdən tərəflər arasında ilkin təmasların qurulduğu qeyd olunur.