HAMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri və sözçüsünün ölümünü təsdiqləyib.
APA xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadının yeni sözçüsü açıqlama yayıb.
"İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Sinvar Qəzzada öldürülüb. Biz həmçinin qrupun sözçüsü Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - HAMAS-ın silahlı qanadının yeni sözçüsü vurğulayıb.
Açıqlamanı yayan şəxsin adı hələ ki, açıqlanmayıb.