Fələstinin HƏMAS hərəkatı "İzzəddin əl-Qassam Briqadaları" qruplaşmasının rəhbəri və rəsmi nümayəndəsinin ölümünü təsdiqləyib.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanatla radikalların yeni nümayəndəsi çıxış edib.
"İzzəddin əl-Qassam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzzada həlak olub. Həmçinin qruplaşmanın rəsmi nümayəndəsi Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - HƏMAS-ın hərbi qanadının yeni nümayəndəsi vurğulayıb.
Onun adı hələlik açıqlanmır.