ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ildə Super Aylar, günəş tutulmaları və qütb parıltıları ilə dolu astronomik hadisələr gözlənilir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ilin ilk Super Ayı 3 yanvarda baş verəcək və bu, meteor yağışı ilə üst-üstə düşəcək. Lakin ay işığının parlaqlığı bəzi zəif alov toplarını gizlədə bilər. İkinci Super Ay 24 noyabrda, üçüncüsü isə dekabrın 23-dən 24-nə keçən gecəyə təsadüf edəcək. Bu Super Ayı Yer kürəsindən 356.740 kilometr məsafədə keçəcək.
May ayında isə astronomik “mavi ay” müşahidə olunacaq.
Bundan əlavə, 17 fevralda Antarktidada yalnız bir neçə tədqiqat stansiyasından izlənilə biləcək “od halqası” şəklində Günəş tutulması baş verəcək.
12 avqustda isə Arktikada başlayıb Qrenlandiya, İslandiya, İspaniya üzərindən keçəcək tam Günəş tutulması olacaq. Bu tutulma 2 dəqiqə 18 saniyə davam edəcək.
2026-cı ildə Günəşdə çoxlu partlayışlar da gözlənilir. Bu isə Yer kürəsində geomaqnit fırtınalarına səbəb olacaq və qütb parıltılarının yaranmasına şərait yaradacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.