AZ

2026-cı ildə gözlənilən astronomik hadisələr məlum olub

Bakı. Trend:

2026-cı ildə Super Aylar, günəş tutulmaları və qütb parıltılarıilə dolu astronomik hadisələr gözlənilir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ilin ilk Super Ayı 3 yanvarda başverəcək və bu, meteor yağışı ilə üst-üstə düşəcək. Lakin ayişığının parlaqlığı bəzi zəif alov toplarını gizlədə bilər. İkinciSuper Ay 24 noyabrda, üçüncüsü isə dekabrın 23-dən 24-nə keçəngecəyə təsadüf edəcək. Bu Super Ayı Yer kürəsindən 356.740 kilometrməsafədə keçəcək.

May ayında isə astronomik “mavi ay” müşahidə olunacaq.

Bundan əlavə, 17 fevralda Antarktidada yalnız bir neçə tədqiqatstansiyasından izlənilə biləcək “od halqası” şəklində Günəştutulması baş verəcək.

12 avqustda isə Arktikada başlayıb Qrenlandiya, İslandiya,İspaniya üzərindən keçəcək tam Günəş tutulması olacaq. Bu tutulma 2dəqiqə 18 saniyə davam edəcək.

2026-cı ildə Günəşdə çoxlu partlayışlar da gözlənilir. Bu isəYer kürəsində geomaqnit fırtınalarına səbəb olacaq və qütbparıltılarının yaranmasına şərait yaradacaq.

Seçilən
10
15
az.trend.az

10Mənbələr