AZ

"Barselona"nın futbolçusu komandanın düşərgəsinə qayıdıb

İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo komanda ilə birgə məşqlərə qoşulub.

"Report" xəbər verir ki, o artıq komandanın düşərgəsinə qoşulub.

Uruqvaylı müdafiəçi UEFA Çempionlar Liqasında "Çelsi" (İngiltərə) ilə matçda (0:3) qırmızı vərəqə aldıqdan sonra rəhbərliyin icazəsi ilə klubun düşərgəsini tərk etmişdi.

Kataloniyalıların rəhbərliyi müəyyən fasilənin futbolçunun psixoloji durumuna faydalı olacağını düşünüb.

Qeyd edək ki, "Barselona" növbəti oyununu 2026-cı il, yanvarın 4-də "Espanyol"a qarşı keçirəcək.

Seçilən
75
28
far.az

10Mənbələr