Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
"Barselona"nın müdafiəçisi Ronald Arauxo komanda ilə məşqləri bərpa edib.
QOL.az xəbər verir ki, 26 yaşlı uruqvaylı futbolçu klubun bazasına gələrək açıq məşqlərə qatılıb. Məlumata görə, o, çətin günlərində ona dəstək olan azarkeşlərə xüsusi təşəkkür etməyi planlaşdırır.
Xatırladaq ki, Arauxo dekabrın əvvəlində Çempionlar Liqasında “Çelsi” ilə matçda (0:3) qırmızı vərəqə alarkən psixoloji gərginlik yaşamışdı. Bu səbəbdən müdafiəçi qısamüddətli məzuniyyət üçün Qüdsə (Yerusəlim) yollanmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.