AZ

“Zalujnı postunu tərk etməyi planlaşdırır” − KİV


“Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı yanvarın əvvəlində Londondakı diplomatik postunu tərk edərək Kiyevə qayıtmağa hazırlaşır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NV xəbər portalı siyasi və diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
“Zalujnı çox güman ki, Kiyevə qayıtmaq istəyir; əgər onun qərarına heç nə təsir etməsə, o, bunu gələn il yanvarın 4-5-də elan edə bilər”, - portalın mənbələrindən biri bildirib.
Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinə yaxın mənbələrə görə, Zalujnı bir neçə həftə əvvəl Kiyevdə olarkən istefa vermək niyyətində olduğunu bildirib:
“O, Zelenski ilə baş nazirdən tutmuş ofis rəhbərinə qədər üçün müxtəlif vəzifələri müzakirə edib, lakin heç bir maraq göstərməyib”.
Seçilən
16
8
yeniavaz.com

10Mənbələr