AZ

Zalujnı Londonu tərk etməyə hazırlaşır?

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, siyasi və diplomatik dairələrə yaxın dörd mənbə “Radio NV” radiostansiyası belə məlumat yayıb. “Bir neçə həftə əvvəl Zalujnı Kiyevə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenskini özünün istefa vermək niyyəti barədə məlumatlandırıb. Tərəflər onun gələcək karyerası üçün mümkün variantları - baş nazir vəzifəsindən tutmuş prezident ofisinin rəhbəri postuna qədər müzakirə ediblər, lakin o zaman Zalujnı təkliflərin heç birinə maraq göstərməyib”, - Ukrayna prezidenti ofisinə yaxın olan mənbələr bildiriblər. Radiostansiyanın digər həmsöhbətləri qeyd ediblər ki, keçmiş baş komandan əvvəllər Ukraynanın ABŞ-dəki səfiri və ya Ukrayna Silahlı qüvvələrinin baş komandanı vəzifəsinə qayıtmağı nəzərdən keçirsə də, bununla bağlı yekun qərar verilməyib. - Zalujnı Kiyevə qayıtmağı planlaşdırır və vəziyyət dəyişməsə, növbəti addımlarını gələn il yanvarın 4-5-də elan edə bilər”, - mənbələrdən biri vurğulayıb. Xatırladaq ki, 2024-cü ilin iyulundan Böyük Britaniyada səfir vəzifəsini tutan Valeri Zaluşnı bu il dekabrın əvvəlində sosial şəbəkələrdə Ukrayna dilində yazıları olan qəhvə maşınının fotosunu yerləşdirib: səfir və onun arvadı qış paltarında idi. Fotoşəkil “Evdə olmaq hər şeydən yaxşıdır” başlığı ilə müşayiət edilib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
9
azvision.az

10Mənbələr