AZ

“Qərb şirkətlərinin taladığı bu vəsaitlər ölkəmizə qaytarılmalıdır”

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İşğal dönəmində mədən və resurslarımızın talanması ilə məşğul olan Qərb şirkətlərinin əldə etdiyi vəsaitlər ölkəmizə qaytarılmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, beynəlxalq hüquqa görə də atılması gərəkən ən doğru addım budur:

“İşğal dönəmində Qərbin və eləcə də bəzi dövlətlərin şirkətləri təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olub, xalqımıza məxsus sərvətləri sataraq külli miqdarda vəsait əldə edib. Təəssüflər olsun ki, nə o vaxt, nə də indi bu şirkətləriə qarşı hər hansı cəza tədbiri görülməyib. Bu gün də onlar cəzasızlıq mühitində digər ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Halbuki, bu şrikətlərin vaxtiylə işğal altında olan torpaqlarımızda ədə etdikləri vəsaitin Azərbaycana qaytarılması vacibdir. Bu, beynəlxalq hüququn tələbidir. Çünki bu şirkətlərin əldə etdiyi həmin vəsait qanunsuz şəkildə, beynəlxalq hüququn kobud şəkildə tapdanması nəticəsində əldə edilib. Buna görə də həmin vəsaitlərin geri qaytarılması zəruridir və hesab edirəm ki, bu istiqamətdə mütəmadi addımlar atılmalı, konkret işlər görülməlidir”.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
50
moderator.az

10Mənbələr