"Kəpəz" klubu qış fasiləsindən maksimum yararlanmağa çalışacaq.
Aznews.az xəbər verir ki, Bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.
O, komandanın hazırda istirahət etdiyini bildirib:
"Hələ ki, komanda istirahətdədir. Yeni ildə toplaşacağıq. Ümid edirik ki, qış fasiləsində gücümüzə güc qatacağıq. Çatışmazlıqları aradan qaldırmaq istəyirik. Heyəti gücləndirməklə bağlı işlər davam etdirilir. Danışıq apardığımız oyunçular var. "Turan Tovuz" klubundan ayrılan Veysəl Rzayevi heyətə qatmışıq. İnanırıq ki, o, yarımmüdafiədə yaxşı işlər görəcək".