AZ

Əlaqə saxladığımız oyunçular var, amma... Baku Sportinq in məşqçisi

Fanat saytına istinadən ain.az xəbər verir.

"Qış fasiləsindən sonrakı dönəmin daha gərgin olacağını bilirik. Heyəti gücləndirmək istəyirik".

Bu sözləri Fanat.Az-a açıqlamasında 1-ci Liqanın turnir cədvəlində 25 xalla 2-ci pillədə qərarlaşan "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov deyib.

O bir neçə oyunçu ilə danışıq apardıqlarını vurğulayıb: "Sıralarımıza cəlb etmək üçün əlaqə saxladığımız oyunçular var. Amma indilik heç birinin transferi reallaşmayıb. Dəqiqləşəndən sonra açıqlayacağıq".

Xatırladaq ki, 1-ci Liqanın lideri "Şəfa"dır. Sözügedən kollektiv "Baku Sportinq"i 5 xal qabaqlayır.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
40
fanat.az

10Mənbələr