Son həftələrdə ölkənin futbol gündəmini Marko Yankoviç mövzusu zəbt edib.
Mətbuatda monteneqrolu yarımmüdafiəçinin ölkə xaricindən aldığı təkliflər barədə müxtəlif xəbərlər dərc olunur.
30 yaşlı futbolçunun karyerasının son illərdin daha çox qazanmaq həvəsi və Azərbaycanı baş ölkəyə dəyişmək istəyi müəyyən mənada anlaşılandır.
Təbii ki, burada Markonun “Qarabağ”da arzuladığı məvacibi almaması vacib rol oynayır.
Görünür, səbəbkar onu Avropaya tanıdan klubu sadəqət göstərməyi daha çox qazanmaqdan üstün tutur.
“Qarabağ”ın sosial şəbəkə səifələrində paylaşılan video da yəqin ki, bu anlamı verir: “Sənə verdiyimiz dəyəri və sevgini unutma!”
Admin “Benfika” – “Qarabağ” qarşılaşmasında təmsilçimizin hesabı bərabərləşdirdiyi anın görüntüsünü paylaşıb.
48-ci dəqiqədə məhz Yankoviçin zərgər dəqiqliyi ilə etdiyi ötürmədən sonra Kamilo Duran topu dəqiq zərbə ilə uzaq küncə göndərməyi bacarmışdı.
Yəqin ki, Marko “Qarabağ”ın bu paylaşımından sonra qərar vermək üçün 100 ölçüb, 1 biçəcək.
HƏBİB / SPORTİNFO.AZ