Premyer Liqada yaranmış fasilə məşqçi və futbolçuların ürəyinə yağ kimi yayılıb.
İyuldan bu yana ağır qrafikdə məşq edən, oyunlara çıxan futbolçular üçün əla fürsətdir.
Ailələri, övladları və doğmaları ilə zaman keçirmək şansı onların əlinə ildə iki dəfə düşür ki, belə fürsəti boşa vermək istəmirlər.
Futolçuların ən sevdiyi istirahət növü turistlərin çoxluq təşkil etdiyi ölkələrə səfər edib, orada dincəlmək, ailələri ilə xoş vaxt keçirməkdir.
“İmişli”nin serbiyalı “10 nömrə”si Nikola Karaklaiç Sportinfo.az-a açıqlamasında həmkarlarından fərqli olaraq istirahət üçün xarici ölkəni yox, vətənini seçdiyini bildirib:
“Yeni il bayramı ilə planım ailəm və doğmalarımla bağlıdır. Azərbaycandan ayrılan kimi Yunanıstana gedib, bir neçə gün orada dincələcəm.
Lakin istirahətin əsas hissəsini əzizlərimlə keçirəcəyim üçün Belqradda olacam.
Xeyli vaxtdır ailəmdən uzaq düşdüyümü nəzərə alsaq, indiki məqamda mənim üçün ən dəbdəbəli məkan öz evim və ailəmin yanıdır”.
HƏBİB