Beynəlxalq Muğam Mərkəzində muğam ifaçısı, Xalq artisti Baba Mahmud oğlu Mirzəyevin- Baba Mahmudoğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın aparıcılığı ilə keçən gecədə professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rəfael Hüseynov, professor Nizami Cəfərov, professor Misir Mərdanov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Ramiz Göyüşov və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda Baba Mahmudoğlunun sənətsevərlərin xatirində səhnədə ustalıqla yaratdığı parlaq və bənzərsiz obrazları, şaqraq zəngulələri ilə qaldığını deyilib. Vurğulanıb ki, Baba Mahmudoğlu təkcə müğənni deyildi. O orta məktəbi qızıl müdalla bitirən, istedadlı şagird, Neft Akademiyasında təhsil alan nümunəvi tələbə, Seyid Şuşinskinin dərslərində iştirak etmək şərəfinə nail olan tələbə olmaqla bərabər "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradan bir sənətkar olub. Baba Mahmudoğlu həyatı sazla danışan bir ömür, sənətə sədaqətlə yazılmış bir həyatdır. Onun sənəti bu gün də musiqisevərləri bir araya gətirir, bir ruhda kökləyir.
Baba Mahmudoğlu 1940-cı ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, öz ixtisası üzrə mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Muğama, musiqi sənətinə olan böyük sevgisi onu təhsil almaq həvəsi ilə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirir.1967-ci ildə bu instituta daxil olan Baba Mirzəyev 1969-cu ildə Azərbaycan Dövlət Akademik Orepa və Balet Teatrına dəvət olunur. 2005-ci ilə kimi fasiləsiz olaraq muğam bölməsinin aparıcı solisti kimi bir çox operalarda baş rollarda çıxış edir. Azərbaycan muğamlarının, xalq mahnılarının mahir ifaçısı olan müğənni uzun illər geniş konsert fəaliyyəti ilə də məşğul olmuş, məlahətli səsi, özünəməxsus ifa tərzi ilə musiqisevərlərin böyük məhəbbətini qazanmışdır.
O, Azərbaycan milli musiqi sənətini dünyanın müxtəlif ölkələrində ləyaqətlə təmsil etmişdir. Azərbaycan milli musiqi sənətinin inkişafında xidmətlərinə görə sənətkar 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuşdur.Yubiley gecəsi bədii hissə ilə davam edib.
Bədii hissədə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Vasif Məhərrəmli, xanəndələr Zeynal Əhmədov, Nisbət Sədrayeva, Vüsal Qasımov, İlahə Rüstəmova, Aşıq Nəbi, Aşıq Nazim , Aşıq Şahin çıxış ediblər. İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib. Tədbirin sonunda ailə adından sənətkarın qardaşı Arif Mirzəyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)