Goranboyda təcili tibbi yardım avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəzada ölən şəxsin Yevlax rayonunun Aran qəsəbə sakini 1952-ci il təvəllüdlü Ş.Bağırova olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
09.20
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.