AZ

Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Seçilən
71
16
aznews.az

5Mənbələr