AZ

“Aqroemal siyasəti: Dövlət tənzimləməsi və inkişaf strategiyaları” monoqrafiyası çap olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi iqtisad elmləri doktoru Yunus Sadıqovun “Aqroemal siyasəti: Dövlət tənzimləməsi və inkişaf strategiyaları” monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əli Nuriyev, professorlar Tərbiz Əliyev və Vahid Abbasovdur.

Monoqrafiyada Azərbaycanda aqroemal sahəsinin formalaşması, inkişaf mərhələləri və müasir çağırışlar fonunda dövlət tənzimlənməsi məsələləri kompleks şəkildə təhlil olunur. Tədqiqatda aqrar-sənaye kompleksinin institusional əsasları, islahatların iqtisadi nəticələri və rəqabətqabiliyyətliliyin yüksəldilməsi yolları elmi əsaslarla şərh edilir. Müəllif həm nəzəri yanaşmalardan, həm də yerli və beynəlxalq statistik məlumatlardan istifadə edərək aqroemal sahəsinin mövcud vəziyyətini və perspektivlərini qiymətləndirib.

Monoqrafiya iqtisadiyyat və kənd təsərrüfatı sahəsində çalışan tədqiqatçılar, ali məktəb müəllimləri, magistrant və doktorantlar, sahə üzrə qərarverici qurumların mütəxəssisləri, həmçinin aqrar və emal sənayesi üzrə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Seçilən
13
50
azertag.az

10Mənbələr