ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Misir Mərdanovun işdən çıxarılması ilə bağlı qərarı aidiyyəti qurumlar verir. İnsanın özü də hansı yolu seçirsə, ya vaxtında pensiyaya gedir, ya da işləməyə davam edir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.O deyib ki, Misir Mərdanov kifayət qədər təcrübəli alim və ictimai xadimdir:“Onsuz da onun həm elmi, həm də ictimai sahədə kifayət qədər işi var. Yəqin ki, aktiv fəaliyyətini başqa sahələrdə davam etdirəcək. Konkret olaraq institutdan niyə ayrıldığı və ya ayrılmasına səbəb olan amillərlə bağlı dəqiq məlumatım yoxdur. Ola bilər ki, o, bir qədər istirahətə və ictimai fəaliyyətə üstünlük verəcək. Bu baxımdan məsələni təbii qarşılamaq lazımdır. Hər kəsin fərdi seçimi var – pensiya yaşı tamam oldusa, istəsə qalır, istəsə gedir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.