AZ

“Bir il keçib və artıq bəhanə limiti dolub” Politoloq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Bu gün AZAL-a məxsus təyyarə faciəsinin bir ili tamam olur və əsas sual hələ də açıq qalır: Rusiya niyə etməli olduğunu etmir? Bir il az vaxt deyil. Bu müddət ərzində Moskva nə tam məsuliyyət ortaya qoydu, nə də beynəlxalq hüquqa uyğun davranış sərgilədi”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, ən vacibi isə kompensasiya məsələsi hələ də ortalıqdadır:“Bu artıq açıq siyasi problemdir. Beynəlxalq mülki aviasiya praktikası aydındır: hava məkanında və ya məsuliyyət zonasında baş verən faciəyə görə zərərçəkən tərəfə kompensasiya ödənilməlidir. Bu, xoş niyyət jesti deyil, hüquqi öhdəlikdir. Rusiya isə məsuliyyəti paylaşmaq əvəzinə, prosesi uzadır, mövzunu susqunluqla aşındırmağa çalışır. Bu yanaşma nə dövlət davranışıdır, nə də iddia edilən müttəfiqlik ruhuna uyğundur. Daha təhlükəli məqam odur ki, kompensasiyanın gecikdirilməsi insan həyatına biganəlikdir.  Söhbət  həyatını itirmiş insanların ailələrindən, dağılan talelərdən gedir. Rusiya bu məsələni nə qədər gecikdirsə, məsuliyyətdən bir o qədər qaçmış görünür”.Onun sözlərinə görə, bir il keçib və artıq bəhanə limiti dolub:“Azərbaycan cəmiyyəti başsağlığı bəyanatları yox, konkret addım gözləyir. Rusiya kompensasiya ödəməlidir. Bu, nə zəiflikdir, nə uduzmaqdır. Əksinə, məsuliyyət götürmək dövlət ciddiyyətinin göstəricisidir. Əks halda bu faciə təkcə bir qəza yox, etimadın qırıldığı tarix kimi yadda qalacaq. Rusiya Ukraynadakı işğalçılığına görə onsuz da tək qalıb”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
demokrat.az

1Mənbələr