Sea Breeze

Sol bud-çanaq nahiyəsində bud sümüyünün burmalar səviyyəsində yerdəyişmiş sınığı diaqnozu ilə Yeni Klinikaya müraciət edən 90 yaşlı qadın pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub.

Belə ki, bud-çanaq nahiyəsində ağrı şikayəti ilə xəstəxanaya gətirilən pasiyentə aparılan ətraflı klinik və instrumental müayinələr nəticəsində cərrahi müalicənin tətbiqinə qərar verilib.

Anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə həkim-travmatoloq Tural Behbudsoy tərəfindən Xidmətlər Zərfi çərçivəsində bud sümüyünün qapalı reduksiyası və daxili fiksasiya implantı (PFNA) ilə fiksasiyası əməliyyatı icra olunub.

Pasiyentin yaşı və mövcud yanaşı xəstəlikləri əməliyyatın yüksək risk daşımasına səbəb olsa da, cərrahi müdaxilə peşəkar tibbi komanda tərəfindən uğurla həyata keçirilib.
Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti stabil qiymətləndirilib və əməliyyatdan 1 gün sonra aktivləşdirilərək erkən reabilitasiya mərhələsinə başlanılıb.
Bu yanaşma yaşlı pasiyentlərdə mümkün ağırlaşmaların qarşısının alınması və funksional bərpanın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX