AZ

Kliniki Tibbi Mərkəzdə daha bir ölümcül xəstə sağaldı

14.12.2025-ci il tarixində 1990-cı il təvəllüdlü pasiyent ağır, huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstə ilkin aşkarlanmış şəkərli diabet koma diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az xəbər verir ki, 17.12.2025-ci il tarixində vəziyyətində nisbi stabilləşmə müşahidə olunduqdan sonra müalicəsinin davamı üçün Terapiya şöbəsinə köçürülüb. Aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində xəstəyə 2-ci tip şəkərli diabet, diabetik neyropatiya, diabetik periferik angiopatiya, xroniki böyrək xəstəliyi, nefritik sindrom, torakal KT müayinəsinə əsasən sağtərəfli pnevmoniya diaqnozları qoyulub.

Terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya və rezident Fidan İbrahimova tərəfindən aparılan kompleks müalicə tədbirləri nəticəsində xəstənin ümumi vəziyyətində müsbət dinamika müşahidə olunub. Xəstə ambulator müalicənin davam etdirilməsi tövsiyəsi ilə evə buraxılıb.
Anamnestik məlumatlara əsasən, xəstənin 2019-cu ildən kastleman (nadir rast gəlinən limfa sistemi xəstəliyidir) xəstəliyindən əziyyət çəkdiyi, 2022-ci ildə isə splenektomiya əməliyyatı keçirdiyi müəyyən edilib.

Aysel
Milli.Az

Seçilən
22
2
milli.az

10Mənbələr