Azərbaycanda məişət təyinatlı mürəkkəb texniki malların satışı sahəsində nöqsanlar aşkar edilib.
Aznews.az xəbər verir ki, Agentlikdə məişət təyinatlı mürəkkəb texniki malların satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş təşkil edilib.
Görüş müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı son dövrlərdə Agentliyə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri əsasında sözügedən məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəsmi internet saytlarında aparılmış monitorinqlər zamanı bir sıra nöqsanların aşkar edilməsi ilə əlaqədar keçirilib.
Görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər əsasında müvafiq sahədə aparılan təhlil və araşdırmaların nəticələri barədə ətraflı məlumat verilib.