AZ

Bazarda yoxlama: Nələri üzə çıxartdı?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllədə fəaliyyət göstərən "Fermerlər" MMC-yə məxsus "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" monitorinq aparılıb. 

Monitorinq zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb. 

Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
cebheinfo.az

8Mənbələr