AZ

Tanınmış boksçu ağır qəzaya düşdü, 2 nəfər öldü - FOTO

BAKI, 29 dekabr. TELEQRAF

Britaniyalı tanınmış boksçu Entoni Coşua ağır avtomobil qəzası keçirib.

Teleqraf “The Sun”a istinadən xəbər verir ki, Nigeriyada baş verən hadisə nəticəsində iki nəfər həyatını itirib.

Belə ki, 36 yaşlı boksçunun içində olduğu “Lexus” markalı avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb. Coşua avtomobilin arxa oturacağında olduğundan hadisə zamanı yüngül xəsarətlərlə xilas olub.

Qeyd edək ki, Entoni Coşua peşəkar karyerasında 29 qələbə və 4 məğlubiyyəti var.

Seçilən
35
12
teleqraf.com

10Mənbələr