AZ

Qazaxda avtomobil aşıb, ölən var

Qazax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2004-cü il təvəllüdlü Sabuhi Sahib oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
10
far.az

10Mənbələr