ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında danışıqlar heç nəyi dəyişməyib.
Publika.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın Xarici Siyasət Komitəsinin sədri Aleksandr Merejko bildirib.
"Danışıqlara gəldikdə isə, hər şey olduğu kimi qalır. Heç nə əhəmiyyətli dərəcədə dəyişməyib", - deyə Merejko bildirib.
Onun fikrincə, bunun səbəbi Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Donetskdən çıxarılmasında israr etməsidir.