AZ

Tanınmış meyxanaçının xəstəxanadan görüntüləri… – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Kəlmə-kəlməyə” layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulunun səhhətində qəfil problem yaranıb və o, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Editor.az  bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə meyxanaçının xəstəxanadan yeni görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Mediada yayılan son məlumata görə, səhhətində problem yaranan meyxana ustadı Vüqar Qobulu xəstəxanadan evə buraxılıb.

Meyxanaçı Teleqraf-a açıqlamasında səhhətində yaranan problemin səbəbindən danışıb.

“Hazırda sistem köçürülür. Şəmkirdən toy məclisindən qayıdanda özümü pis hiss etdim. Xəstəxanaya aparılanda huşum özümdə deyildi. İndi dostumun evindəyəm, müalicəm davam edir. Həkimlər mənə bir müddət meyxana deməməyi tapşırdı. Hazırda əsəb və ürək dərmanları qəbul edirəm. Yuxusuzluq və rejimin pozulması məni bu vəziyyətə saldı. Başımda qan dövranı düzgün işləmirdi. Buna görə baş gicəllənməsi yarandı və bu, indi də davam edir. İnşallah, müalicədən sonra keçib gedər”, – V.Qobulu bildirilib.

Seçilən
23
14
editor.az

10Mənbələr