AZ

Xəstəxanaya yerləşdirilmiş meyxanaçı danışdı - "Meyxanadan uzaq olmalıyam"

Meyxana ustadı Vüqar Qobulu xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.
"28 dekabr 2025-ci il saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd edilib.
Meyxanaçı Vüqar Qobulu Teleqraf-a səhhətində yaranan problemin səbəbini açıqlayıb: "Hazırda sistem köçürülür. Şəmkirdən toy məclisindən qayıdanda özümü pis hiss etdim. Xəstəxanaya aparılanda huşum özümdə deyildi. İndi dostumun evindəyəm, müalicəm davam edir. Həkimlər mənə bir müddət meyxana deməməyi tapşırdı.
Hazırda əsəb və ürək dərmanları qəbul edirəm. Yuxusuzluq və rejimin pozulması məni bu vəziyyətə saldı. Başımda qan dövranı düzgün işləmirdi. Buna görə baş gicəllənməsi yarandı və bu, indi də davam edir. İnşallah, müalicədən sonra keçib gedər".
Seçilən
23
5
yenilik.az

10Mənbələr