AZ

“Çelsi”nin satışından əldə olunan pulları Ukraynaya vermək istəmir

Böyük Britaniyanın sanksiyalar tətbiq etdiyi rusiyalı iş adamı Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə edilən vəsaiti Ukraynaya verməkdən imtina edib. 

Moderator.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Abramoviçin vəkillərinə istinadən xəbər yayıb. 

Bildirilib ki, iş adamı klubun satışından əldə olunan 2,35 milyard funt sterlinqdən 1,4 milyard funt sterlinqin Kiyevə ayrılması tələbini nəzərə almaq niyyətində deyil. 

Vəkillərin sözlərinə görə, Cersi Kral Məhkəməsində həyata keçirilən məhkəmə prosesi başa çatmayanadək pulun köçürülməsi mümkün olmayacaq.

Qeyd edək ki, R.Abrаmоviç 2022-ci ilin martın 10-da Birləşmiş Krallığın sanksiya siyahısına daxil edilib, bundan sonra isə onun Böyük Britaniyadakı aktivləri dondurulub. İngiltərə Premyer Liqasının rəhbərliyi həmin ilin mayında klubun amerikalı iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib

Bir neçə gün əvvəl isə Böyük Britaniya hökumətinin iş adamına məxsus “Çelsi” klubunun satışından əldə edilən 2,5 milyard funt sterlinqin Ukraynada humanitar yardım məqsədləri üçün istifadəsinə imkan verən rəsmi lisenziya təqdim etməyə hazırlaşdığı barədə xəbər yayılmışdı. 

Britaniyanın Baş naziri Kir Starmer bildirmişdi ki, sanksiya siyahısına daxil olan milyarder sözügedən vəsaitin könüllü şəkildə köçürülməsinə razılıq verməsə, hökumət məsələni məhkəmə müstəvisinə daşıyacaq.

Xatırladaq ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb.

Seçilən
3
24
moderator.az

10Mənbələr