AZ

Rus oliqarxı Ukraynaya pul verməkdən imtina etdi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiyalı biznesmen Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə edilən vəsaiti Ukraynaya köçürməyib.

KONKRET.az xəbər verir ki, bu barədə onun nümayəndələri The Times qəzetinə məlumat veriblər.

Bildirilib ki, vəsaitin köçürülməsi Abramoviçə qarşı Cersi hakimiyyəti tərəfindən başladılan istintaq və məhkəmə prosesləri başa çatana qədər mümkün deyil. Qəzetin yazdığına görə, sövdələşmə nəticəsində Abramoviç 2,5 milyard funt sterlinq əldə edib, lakin sanksiyalar səbəbindən bu vəsait onun hesablarında dondurulub.

Böyük Britaniya hakimiyyəti sözügedən pulların Ukraynaya verilməsini tələb etsə də, Abramoviç buna razı deyil və hüquqlarını qorumaq üçün məhkəmədə onu təmsil edəcək hüquqşünaslar komandası cəlb edib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi” klubunu 2003-cü ildə 140 milyon funt sterlinqə alıb. Onun rəhbərliyi dövründə klub 5 dəfə İngiltərə Premyer Liqasının çempionu olub, 2 dəfə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə isə İngiltərə Liqa Kubokunu əldə edib. Abramoviç 2022-ci ilin may ayında sanksiyalar səbəbindən klubu satıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
25
konkret.az

10Mənbələr