Rusiyadakı regional hakimiyyət orqanları Ukraynadakı müharibə səbəbindən Yeni il öncəsi bayram tədbirlərini ləğv etməyə və ya məhdudlaşdırmağa başlayıb. Uşaqlar üçün Yeni il şənlikləri istisna olmaqla, Xakasiya, Tıva, Başqırdıstan, Buryatiya, Çuvaşiya, Voloqda, Saratov və Leninqrad vilayətlərində, Krasnodar və Stavropol diyarlarında və işğal olunmuş Krımda əksər tədbirlər ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb.
Tıvanın rəhbəri Vladislav Xovalıq mövcud şəraitdə Yeni il tədbirlərinin keçirilməsinin müharibdə iştirak edənlərə görə etik olmadığını deyib.
Rusiya bölgələrində pirotexnika vasitələrinin istifadəsi də məhdudlaşdırılıb. Məlumata görə, 89 bölgənin ən azı 64-də atəşfəşanlıq nümayişləri keçirilməyəcək.