AZ

Rusiyada Yeni il şənliklərinin ləğvi təklif olundu

BAKI, 8 dekabr. TELEQERAF

Rusiyanın tərkibində olan Tuva Muxtar Respublikasında Yeni il şənliklərinin ləğvi təklif olunub.

Teleqraf xəbər verir ki, bu təkliflə respublikanın rəhbəri Vladislav Xovalıqçıxış edib.

O, təklifini Ukraynada davam edən müharibə iləəlaqələndirib.

"Hazırkı şəraitdə məclislərin, atəşfəşanlıqla müşayiət olunan geniş miqyaslı Yeni il tədbirlərinin keçirilməsi xüsusi əməliyyatda iştirak edən müdafiəçilərimizə münasibətdə etik deyil. Sakinlərimizi bayramı yaxınları ilə keçirməyə və qənaət edilən vəsaiti hərbi qulluqçularımıza humanitar yardım göstərilməsi üçün istifadə etməyə çağırıram", - Xovalığın bəyanatında deyilir.

Seçilən
138
7
teleqraf.com

6Mənbələr