AZ

Bu il 47 km mikromobillik yolu çəkilib

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə AYNA tərəfindən indiyədək 43 küçə və prospekt üzrə 47 km mikromobillik yolu çəkilib. Mikromobillik vasitələrinin sifarişi sayı 3 milyon 500 mindən çox olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.

Bildirilib ki, mikromobillik vasitələri ilə 10 milyon km-dən çox məsafə qət edilib. Skuterlər üçün 650, velosipedlər üçün isə 466 parklanma məntəqəsi təşkil edilib.

Həmçinin qeyd edilib ki, bu il ərzində Bakı şəhərinin 495 küçə və prospektlərdə 11 500-dən çox yol nişanı quraşdırılıb. 602 küçə və prospektdə üfüqi yol nişanlanması işləri aparılıb.

"456 küçə və prospekt üzrə 2460 piyada keçidi, həmçinin 280 təhsil müəssisəsinin ətraf ərazisində 372 piyada zolağı bərpa edilib. Ölkə üzrə ümumilikdə 32 000 nişan quraşdırılıb",-deyə qurumdan əlavə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
13
bakivaxti.az

10Mənbələr