AZ

AYNA: Bakıda mikromobillik vasitələrinin sifariş sayı 3 milyon 500 mindən çox olub

AYNA:
"Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi davam etdirilir". 1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 2025-ci il üzrə hesabatında qeyd olunub, indiyədək paytaxtın 43 küçə və prospektində ümumilikdə 47 kilometr mikromobillik yolu salınıb.
Bildirilib ki, mikromobillik vasitələrinin sifariş sayı 3 milyon 500 mindən çox olub və bu vasitələrlə 10 milyon kilometrdən artıq məsafə qət edilib.

Hesabatda qeyd olunur ki, şəhər üzrə skuterlər üçün 650, velosipedlər üçün isə 466 parklanma məntəqəsi təşkil edilib.

Seçilən
19
13
1news.az

10Mənbələr