Bakı. Trend:
İran valyutasının xarici valyutalar qarşısında gündəlik olaraqdəyərini itirməsinə görə İranın Mərkəzi Bankının sədri Məhəmməd RzaFərzin istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.
Trend-inməlumatına görə, bunu İranın vitse-prezidenti Mehdi Tabatabai yerlimediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu haqda İran prezidentinin qərar verməsivə Mərkəzi Bankın sədrinin istefasını qəbul etməsi gözlənilir.
Tabatabai əlavə edib ki, Mərkəzi Bankın sədrinin dəyişilməsixarici valyutanın qiymətini nəzarətdə saxlamaq üçün həll yoludeyil. Lakin hökumət bu istiqamətdə həll yolları nəzərdə tutub.Hazırda İran valyutası qarşısında xarici valyutanın dəyərininartmasının bir hissəsi ölkə iqtisadiyyatına hakim olan şərait, birhissəsi isə emosiyalarla əlaqədardır. Emosiyalar sakitləşərsəvəziyyət stabilləşə bilər.
Qeyd edək ki, İran valyutasının xarici valyutaları qarşısındagündəlik olaraq dəyərini itirməsinə etiraz olaraq bu gün Tehrandabazar ticarətçiləri etiraz aksiyası keçirib. Aksiyaya yüzlərləticarətçi qatılıb, onlar valyutanın dəyərinin stabilləşdirilməsiüçün addımların atılmasını tələb edirlər.
Əlavə edək ki, bu gün üçün 1 ABŞ dolları Mərkəzi Bankın rəsmiməzənnəsi ilə 755 min rial təşkil etsə də, qara bazarda 1,4 milyonriala alqı-satqı olunur.