AZ

İran rialı tarixi minimumu yeniləyib

Bakı. Trend:

Bu gün (3 dekabr) İranın milli valyutası ial ABŞ dolları və avroqarşısında tarixi minimumu yeniləyib.

Trend bu barədəİran KİV-ə istinadən məlumat verib.

Hazırda İranda qara bazarda 1 ABŞ dollarının qiyməti 1,21 milyonrial civarındadır. Halbuki ötən gün 1 ABŞ dolları 1,19 milyon rialtəşkil edib.

Hazırda ölkənin qara bazarında 1 avronun qiyməti 1,41 milyonrial təşkil edir. Ötən gün isə 1 avronun qiyməti 1,38 milyon rialolub.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadisanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədəiqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.

İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞdolları 646 min rial, 1 avro isə 748 min rialdır.

Məqalədə:
Seçilən
68
4
az.trend.az

3Mənbələr