AZ

Ailton 21 il əvvəl satmaq məcburiyyətində qaldığı mükafatı geri aldı

ain.az bildirir, Idman.biz portalına istinadən.

2004-cü ildə Bremen “Verder”i sensasiyalı şəkildə Almaniya çempionu olub və həmin mövsüm komandanın əsas oyunçularından biri də braziliyalı Ailton olmuşdu.

Belə ki, hücumçu Bundesliqanın həmin mövsümündə müdafiəçilər üçün əsl qorxu mənbəyinə çevrilib: Ailton 28 qol vurub və əlavə olaraq səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu turnirin ən yaxşı bombardiri adına layiq görülüb, buna görə “Kicker” nəşrinin ənənəvi “Döyüş topu” mükafatını qazanıb.

Lakin 2007-ci ildə hücumçu və onun agenti bir sıra məhkəmə çəkişmələrindən keçiblər. Mübahisələrin mövzusu futbolçunun borclu olduğu pullar olub. Məhkəmə hücumçunun əleyhinə qərar çıxarıb, bundan sonra futbolçu “Döyüş topu”nun mükafatını “eBay” hərracına çıxarıb və satıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, 21 ildən sonra 52 yaşlı Ailton “Döyüş topu”nu yenidən satın alıb.

“Bu mükafat mənim üçün hər şey deməkdir. Belə bir kubok dünyada cəmi bir dənədir”, – deyə Ailton bildirib.

Ailton sevimli mükafatı ilə yenidən qovuşduğuna görə böyük sevinc hissi keçirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
50
icma.az

10Mənbələr