AZ

"Omoniya"da yaxşı nəticə göstərə bilmədi, "Sabah"da işləri yaxşı gedir" - Kipr mediası Dambrauskas haqda

Kipr mətbuatı Valdas Dambrauskasın “Sabah”ın baş məşqçisi kimi uğurlu fəaliyyətini qeyd edərək, onun “Omoniya”da keçirdiyi vaxtı xatırlayıb.

Sportal.az xəbər verir ki, “ThemaSports” Premyer Liqanın lideri olan “Sabah”ın çıxışından bu cür yazıb: 

"Valdas Dambrauskas "Omonia"da yaxşı nəticə göstərə bilmədi və vaxtından əvvəl komandadan ayrıldı. Lakin bu mövsüm onun işi Azərbaycanda yaxşı gedir. Ən azından indilik, çünki futbolda hər şey qısa müddət ərzində dəyişə bilər. Lakin Azərbaycan çempionatının 16 turundan sonra gələcəkdən yox, indikindən danışırıqsa, litvalı məşqçinin rəhbərlik etdiyi "Sabah" 11 qələbə, 4 heç-heçə və 1 məğlubiyyətlə 37 xalla birinci yerdədir və Çempionlar Liqasının iştirakçısı "Qarabağ"dan bir xal irəlidədir. Üstəlik, onun komandası bu yaxınlarda birinci turun təxirə salınmış oyununda məhz bu rəqibi 2:1 hesabı ilə məğlub etdi. Bütün əlamətlər göstərir ki, bu iki komanda çempionluq uğrunda mübarizə aparacaq, çünki üçüncü yerdəki "Zirə"nin 28 xalı var".

saytlarin hazirlanmasi

Seçilən
11
18
sportal.az

10Mənbələr